Ərdoğanla Putin telefonda danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. “Peyk.AZ” bildirir ki, bu barədə “RİA N

Ərdoğanla Putin telefonda danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. “Peyk.AZ” bildirir ki, bu barədə “RİA Novosti”yə Türkiyə Prezidenti Administrasiyasından məlumat verilib.

“Bu gün keçirilən telefon danışıqları zamanı Ərdoğan və Putin Liviya və İdlibdəki vəziyyəti, həmçinin regional məsələləri müzakirə ediblər. Bundan başqa, prezidentlər koronavirusa qarşı mübarizə mövzusuna və pandemiya dövründən sonra atıla biləcək addımlara da toxunublar”, - məlumatda deyilir.

Qeyd edilir ki, Ərdoğan və Putin, həmçinin ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.