Ərdoğanla Tramp razılığa gəldi

"Ölkə.Az" azertac-a istinadla xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli məsələlərlə yanaşı, dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə yolları, regional inkişaf, xüsusən Liviya və Suriyadakı vəziyyət müzakirə edilib.

Ərdoğanla Tramp razılığa gəldi

Hər iki xalqın koronavirusla mübarizədə həmrəy olduğu bildirilib.

İki lider bölgədə sülh və sabitliyin bərqərar olması üçün sıx siyasi və hərbi əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Ölkə.Az

AZƏRTAC xəbər verir ki, on ildən artıq müddətdə hər il Moskvadakı Poklonnaya qorada “Ramazan çadırı” adlı mədəni-xeyriyyə layihəsi həyata keçirilir. Müqəddəs Ramazan ayında bütün arzu edənlər iftar vaxtı bu çadıra şam yeməyinə və peşəkar milli kollektivlərin çıxışlarını dinləməyə gəlirlər.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, dindarlar üçün iftar süfrəsi təşkil edir. Bu il koronavirus epidemiyasına görə “Ramazan çadırları” ləğv edilib, amma könüllülər ehtiyacı olan insanlara ərzaq məhsulları və hazır yeməklər aparırlar. Rusiya Müftilər Şurasının bu xeyriyyə proqramında Azərbaycan da iştirak edib. Bununla əlaqədar, “Şatyor-TV”-nin növbəti buraxılışı Azərbaycan mədəniyyətinə həsr edilib.

Buraxılışda qeyd edilir ki, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi “Zəkat” Fondu ilə birlikdə ehtiyacı olan insanlara ərzaq dəstləri çatdırılmasında iştirak ediblər. Buraxılışın aparıcısı əvvəlki illərdə keçirilən Azərbaycan axşamlarını xatırlayaraq, belə aksiyaların əhəmiyyətini qeyd edib, müqəddəs Ramazan ayında Bakıda və Moskvada ehtiyacı olan insanlara göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O deyib: “Qoy Ulu Tanrı sizin xeyirxah əməllərinizə bərəkət versin!”.

"Ölkə.Az" xəbər verir ki, qərarda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 37-ci maddəsini və 25-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilsin.”

Qeyd edək ki, bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib. Sessiyada Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin edilməsi məsələsinə də baxılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu məsələ ilə əlaqədar deyib ki, Azərbaycan Respublikası Konstitusiyasının 140-cı maddəsinin II hissəsinə və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir. Buna müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə şəxsin namizədliyini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin olunması barədə təqdimatı Ali Məclisə daxil olmuşdur.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 32-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Baş nazirini vəzifəyə təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş şəxsin - Səbuhi Hidayət oğlu Məmmədovun namizədliyini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etmişdir.

Təklif səsə qoyulmuş və Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilmişdir.

Qeyd edək ki, Səbuhi Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsində çalışıb.