"Real" 18 yaşlı yarımmüdafiəçi aldı

"Real" heyətinə yeni futbolçu cəlb edib.

https://peyk.az

Peyk.az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi Braziliya "Flamenqo"sunun yarımmüdafiəçisi Reynerin transferini gerçəkləşdirib.18 yaşlı braziliyalı oyunçu ilə 2026-cı ilin iyununa kimi müqavilə imzalanıb. Onun fevralın 9-da “Real”ın ikinci komandası olan, üçüncü liqada çıxış edən  "Kastilya"ya qoşulacağı bildirilib.

Qeyd edək ki, İspaniya mətbuatı bu transfer üçün "Kral klubu"nun 30 milyon avro təzminat ödədiyini yazıb.