Real sektora kredit qoyuluşlarının 45,6 faizini ev təsərrüfatları təşkil edib

Real sektora kredit qoyuluşlarının əksəriyyəti ev təsərrüfatına istiqamətləndirilib. Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, real sektora kredit qoyuluşlarının 45,6 faizi və ya 6 milyard 780,4 milyon manatı ev təsərrüfatlarına yönəldilib. Bu da, 2019-cu ilin cari dövrünə nisbətən 488,3 milyon manat...

Real sektora kredit qoyuluşlarının 45,6 faizini ev təsərrüfatları təşkil edib

Real sektora kredit qoyuluşlarının əksəriyyəti ev təsərrüfatına istiqamətləndirilib.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, real sektora kredit qoyuluşlarının 45,6 faizi və ya 6 milyard 780,4 milyon manatı ev təsərrüfatlarına yönəldilib. Bu da, 2019-cu ilin cari dövrünə nisbətən 488,3 milyon manat çox olub.

O cümlədən, daşınmaz əmlakın tikintisinə və alınmasına, ipoteka kreditləri də daxil olmaqla 13,9 faizlik həcmi 2 milyard 64,8 milyon manat kredit qoyuluşu həyata keçirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 188,9 milyon manat çox olub. 

Həmçinin, kredit qoyuluşlarının 16,8 faizi və ya 2 milyard 495,7 milyon manatı ticarət və xidmət sektoruna istiqamətləndirilib. 2019-cu il ilə müqayisədə 110,7 milyon manat və ya 4,65 faiz çox olub.

Eləcə də, kredit qoyuluşlarının 3,5 faizi və ya 522,7 milyon manatı energetika, mədənçıxarma, kimya və təbii ehtiyatlar sektorunu əhatə edib. Bu da ötən ilə nisbətən 1,5 milyon manat və ya 0,29 faiz az olub. 

Kredit qoyuluşlarının 3,8 faizi və ya 563,4 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna edilib. 2019-cu ilə nisbətən bu, 46,2 milyon manat və ya 8,93 faiz çox olub. 

Həmçinin, 8 faizi və ya 1 milyard 189,6 milyon manatı sənaye və istehsal sektoruna yönəldilib. 2019-cu ilə nisbətən sənaye və istehsal sektoruna 317,1 milyon manat və ya 36,34 faiz çox vəsait istiqamətlənib. 

Digər sektorlara kredit qoyuluşlarının həcmi 5,4 faiz və ya 804,3 milyon manat, həmçinin, maliyyə sektoruna 314 milyon manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə digər sektorlara 269,7 milyon manat, maliyyə sektoruna isə 20,8 milyon manat çox kredit yönəlib.

Nigar Məmmədova