Home İdman “Real”dan qovulan Lopeteqi millinin “sükanı arxasına” keçir?

“Real”dan qovulan Lopeteqi millinin “sükanı arxasına” keçir?

129
0

Uğursuz nəticələrdən sonra “Real”ın baş məşqçi postundan istefaya göndərilən Xulen Lopeteqi haqqında maraqlı iddia irəli sürülüb.

Peyk.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis ABŞ millisinin “sükanı arxasına” keçə bilər. Millinin rəsmilərinin yaxın günlərdə ispaniyalı mütəxəssislə danışıqlara başlayacağı və müqavilə təklif edəcəyi deyilir.

Lopeteqi DÇ-2018-dən əvvəl gözlənilmədən İspaniya millisinin baş məşqçi postundan istefa vermiş, “Real”la müqavilə bağlamışdı. Mundialda uğursuz çıxış edən ispanlar günahkar kimi Lopeteqeni göstərmişdilər.

“Kral klubu”u ispan mütəxəssisin rəhbərliyi altında çıxdığı 14 oyunda 6 qalibiyyət, 2 heç-heçə, 6 məğlubiyyət aldıqdan sonra onunla yollarını ayırmağa qərar vermişdi.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here