Rəhman Mustafayev : Fransa şirkətləri Azərbaycanda 40-dan çox layihənin icrası üzrə iş aparır

Azərbaycanda 61 fransız şirkəti qeydiyyata alınıb və onların əsas fəaliyyət sahələri enerji, sənaye, nəqliyyat, kosmos, ticarət, xidmətlər və kənd təsərrüfatıdır

Rəhman Mustafayev : Fransa şirkətləri Azərbaycanda 40-dan çox layihənin icrası üzrə iş aparır

Fransa şirkətləri 1995-2019-cu illər ərzində Azərbaycan iqtisadiyyatına 2,2 milyard ABŞ dolları məbləğində investisiya qoyub, bunun 2 milyard ABŞ dolları neft sektoruna, 194,1 milyon ABŞ dolları isə qeyri-neft sektoruna yönəlib.

Bunu "Report"un ;Fransa bürosuna müsahibəsində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevbildirib. ;

"Bununla yanaşı, fransız şirkətləri dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən ümumi dəyəri 2,1 milyard ABŞ dolları olan 42layihədə iştirak edir. Fransanın tanınmış nəhəng şirkətləri olan "Total", "Alstom", "Suez", "Thales", "Danone", "Airbus", "Bouygues", "İveco", "Sanofi", "Rothschild" uzun illərdir Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərirlər", - o vurğulayıb.

Onun sözlərinə görə, hazırda fransız şirkətləri ;Azərbaycanda ;40-dan çox müxtəlif mərhələdə olan layihənin icrası istiqamətində iş aparır, bunlardan bəziləri təklif, layihə şərtlərinin müzakirəsi və təşkil edilmiş tenderdə iştirak səviyyəsindədir: "Bildiyiniz kimi, son illər Azərbaycanın Kənd Təsərrüfatı naziri Fransanın paytaxtı və regionlarına səfərlər edib. Bu işin nəticəsi olaraq kənd təsərrüfatı və əsasən də ölkəmizdə heyvandarlığın inkişafı sahəsində müxtəlif layihələr müzakirə edilməkdədir".

Səfirin qeyd etdiyinə görə, Azərbaycan ;Fransa üçün iqtisadi baxımdan strateji əhəmiyyət kəsb edir və Fransanın Cənubi Qafqazda ən vacib iqtisadi-ticarət tərəfdaşıdır: "Rəqəmlə ifadə etsək Fransanın iqtisadi əlaqələrinin 60%-dan çoxu ölkəmizin üzərinə düşür. İki ölkə arasında iqtisadiyyatın bütün sahələri üzrə əməkdaşlıq mövcuddur".

Azərbaycanda 61 fransız şirkəti qeydiyyata alınıb və onların əsas fəaliyyət sahələri enerji, sənaye, nəqliyyat, kosmos, ticarət, xidmətlər və kənd təsərrüfatıdır.

2019-cu ildə Fransanın Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 2,36% (11-ci yer), o cümlədən idxalda 1,83% (12-ci yer), ixracda isə 2,73% (11-ci yer) təşkil edib.