Roma Papasından sensasion çağırış - Nüvə silahını...

Noyabrın 24-də 1945-ci il avqustun 9-da atom bombardmanına məruz qalmış Naqasaki şəhərində çıxış edən Roma Papası Fransisk beynəlxalq ictimaiyyəti nüvə silahının ləğvinə çağırıb.

Roma Papasından sensasion çağırış - Nüvə silahını...
https://peyk.az

Peyk.az xəbər verir ki, noyabrın 23-də axşama saatlarında Tokionun “Haneda” aeroportuna çatan Roma papasını Yaponiya Baş nazirinin müavini, maliyyə naziri Taro Aso və digər rəsmi şəxslər qarşılayıblar. Xatırladaq ki, bu, Roma Papasının 38 ildən sonra Gündoğar ölkəyə ilk səfəridir.

Noyabrın 24-də səhər saatlarında Naqasakiyə gələn Roma Papasını yağışlı havaya baxmayaraq, yüzlərlə Naqasaki sakini qarşılayıb. Atom bombasının episentrinin yerləşdiyi parka gələn pontifik burada 1945-ci il avqustun 9-da şəhərin atom bombardmanı zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla anıb.

Sonra parkda çıxış edən Roma Papası bütün dünyanı sülhə və nüvə silahının ləğvinə çağırıb. Onun çıxışı bir sıra yerli telekanalarla canlı yayımlanıb. Pontifik qeyd edib ki, dünya liderləri həmin silahın hazırda mövcud olan milli və beynəlxalq təhdidlərdən qorumadığını unutmamalıdırlar.