Ronaldo kapitanlıq sarğısından imtina etdi

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo kapitanlıq sarğısını taxmaqdan imtina edib.

Ronaldo kapitanlıq sarğısından imtina etdi
https://peyk.az

Peyk.az xəbər verir ki, bu İtaliya A seriyasının 16-cı turunda "Udineze" ilə matçda (3:1) baş verib. Sözügedən görüşdə Qonzalo İquain 80-ci dəqiqədə əvəzləndiyi zaman kapitanlıq sarğısını portuqaliyalı hücumçuya təqdim edib. Ancaq o, bundan imtina edərək sarğını komanda yoldaşı Blez Matuidinin qoluna taxıb.

Qeyd edək ki, Ronaldo "Udineze" ilə matçda dubla imza atıb.