Ronaldusuz “Yuventus” Messili “Barselona” ilə bacarmadı: “Mançester Yunayted”dən darmadağın

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun növbəti oyunları keçirilib.  Oxu.Az xəbər verir ki, Türkiyə təmsilçisi “Başakşəhər” öz meydanında Fransa PSJ-si ilə bacarmayıb - 0:2. Günün mərkəzi qarşılaşması isə Turində baş tutub. Kriştianu Ronaldunun koronavirusa yoluxma səbəbindən iştirak etmədiyi...

Ronaldusuz “Yuventus” Messili “Barselona” ilə bacarmadı: “Mançester Yunayted”dən darmadağın

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun növbəti oyunları keçirilib. 

Oxu.Az xəbər verir ki, Türkiyə təmsilçisi “Başakşəhər” öz meydanında Fransa PSJ-si ilə bacarmayıb - 0:2.

Günün mərkəzi qarşılaşması isə Turində baş tutub. Kriştianu Ronaldunun koronavirusa yoluxma səbəbindən iştirak etmədiyi qarşılaşmada “Yuventus” Barselona” ilə üz-üzə gəlib. Bu oyunda Katalon təmsilçisi 2:0 hesablı qələbəyə sevinib. Matçda “Yuventus”un hücumçusu Alvaro Morata üç qol vursa da, hakim hər üç epizodda oyundankənar vəziyyət olduğunu bildirib və qollar qeydə alınmayıb. 

Digər qarşılaşmaların nəticələrini təqdim edirik:

“Krasnodar - “Çelsi - 0:4

“Brügge” - “Latsio” - 1:1

“Sevilya” - “Renn” - 1:0

“Dortmund” - “Zenit” 2:0

“Ferensvaroş” - “Dinamo Kiyev” - 2:2

“Mançester Yunayted” - “Leypsiq” - 5:0.