Rövnəq Abdullayevlə Eldar Həsənovun qarşıdurmasının pərdəarxası - Kəlbəcərli baş redaktorun saytı çökdü

Rövnəq Abdullayevlə Eldar Həsənovun qarşıdurmasının pərdəarxası - Kəlbəcərli baş redaktorun saytı çökdü
https://peyk.az
 Azərbaycan Respublikasının keçmiş baş prokuroru, hazırda ölkəmizin Serbiya Respublikasında, Monteneqro, Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli səfiri olan, sabiq baş prokuror Eldar Həsənovun müsahibəsini yayan Turkustan.info saytı çöküb.
 
 Aqil Camal
Saytın rəhbəri Aqil Camal bunu sayta olan haker hücumları ilə əlaqələndirib. Criminal.az-a açıqlamasında deyib ki, sayt hücumlardan sonra qapadılıb. Həmin hücumların Eldar Həsənovun müsahibəsini yayımlayandan sonra başladığını təsdiqləyən Aqil Camal qeyd edib ki, həmin müsahibəni moderator.az saytına istinadla yayıb.
 
 
Maraqlıdır ki, müsahibə moderator.az saytında yoxdur. Eldar Həsənovun müsahibəsinin saytlara qarşı hücumu şərtləndirməsi səfirin adının mətbuatda Qarabağ veteranlarının dəstəkçisi, onları ayağa qaldıran şəxs kimi hallandırılmasından sonrakı dönəmə təsadüf edib.
"Yeni Müsavat” qəzeti SOCAR əməkdaşları ilə Qarabağ əlillərinin torpaq davasında tərəf kimi Eldar Həsənovun adı hallanan yazı dərc edib.
Həmin yazıdan sitat:"Ekspertlər baş verən bütün bu hadisələrin arxasında ölkədə çaxnaşma yaratmaq istəyən qüvvələrin durduğunu bildirirlər. Musavat.com-a danışan ekspertlərdən biri iddia edib ki, "saxta qazilərin” adı ilə Azərbaycanı qarışdırmaq istəyən qüvvələrin kökü Rusiyaya bağlanır. Rusiyanın bu təxribatını isə Azərbaycana tanınmış bir fiqur ötürür! Bu, əslən Kəlbəcərdən olan, Azərbaycanın sabiq baş prokuroru, hazırda Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovdur”.
Eldar Həsənov özü bu iddialara susur. Əvəzindən Eldar Həsənovun yaxın dostu, Kəlbəcərin sabiq deputatı Əlövsət Ağalarov facebook-da məsələyə münasibət bildirib.
 
 
O, Eldar Həsənov barədə yazılanların heç bir əsasının olmadığını bu şəkildə qeyd edib. Maraqlı gəlişmə bundan ibarətdir ki, Eldar Həsənovun susduğu vaxtda onu müdafiə edənlər hər biri Kəlbəcər kökənlidir.
Eldar Həsənovla müsahibəni yayımlayan və bundan sonra haker hücumuna məruz qalan turkustan.info saytının baş redaktoru Aqil Camal, onun istinad etdiyi moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə də Kəlbəcər kökənlidirlər.
SOCAR-la əlaqəli haker dəstəsi olması haqda isə mətbuatda dəfələrlə yazılar dərc olunub. Turkustan.info saytına haker hücumundan sonra SOCAR-la əlaqəli haker dsətəsi haqda yayılan məlumatlarda həqiqət yükünün böyük olduğunu söyləmək üçün əsaslar yaranır.
Digər tərəfdən isə Rövnəq Abdullayevlə Eldar Həsənovun qarşı-qarşıya gəlməsi haqda da mülahizələr irəli sürməyə zəmin yaranır. 
+++++++
Eldar Həsənovun turkustan.info və moderator.az saytlarında məlum müsahibəsi redaksiyamıza göndərilib. İki il əvvəl yayımlanan həmin müsahibəni təqdim edirik: 
 

Eldar Həsənov Sergey Lavrovu huşsuzluqda suçladı - Yəqin o, yaxşı xatırlamır..