Röya Ayxan: "Məhərrəmlik ayında dostlarımdan borc alıram"

"Evin həm oğlu, həm qızı, həm də ulduzuyam. Hərdən heç pul çatdırmıram, borc alıram".

Röya Ayxan:

axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "X maqazin" verilişində deyib. Sənətçi ailəsinə hər zaman maddi dəstək olmasından danışıb:

"O qədər məni qınayan olacaq. Amma bilsinlər ki, o qədər böyük ailəm var ki, maddi çatdırmıram. Məhərrəmlik ayında dostlarımdan borc alıb, işlərimi görürəm. Sonra 1 ay işləyib borc qaytarıram.

Mənə deyirlər, sənə rahatdı, yaxşı yaşayırsan. Yaşayışım axı çətindir, bunun üçün bir az çabalamaq lazımdır".