Rəşid Mahmudov: Maska virusdan tam qorumasa da, yoluxma riskini azaldır

“Mütləq qoruyucu maska taxmaq lazımdır. Maska virusdan tam qorumasa da, yoluxma riskini bir qədər azaldır”.

Rəşid Mahmudov: Maska virusdan tam qorumasa da, yoluxma riskini azaldır

“Mütləq qoruyucu maska taxmaq lazımdır. Maska virusdan tam qorumasa da, yoluxma riskini bir qədər azaldır”.

Konkret.az xəbər verir ki, bunu saytımıza açıqlamasında tibb elmləri namizədi Rəşid Mahmudov tibbi maskadan istifadənin məcburi edilməsinə münasibət bildirərkən deyib.

R.Mahmudov vurğulayıb ki, insanlarımız COVID-19-un çox qorxulu xəstəlik oluğunu bilməlidirlər: “Bu virus ağciyərlərin bütün qan dövranını zədələyir, şüşə halına salır, ciyərlərdə qan işləmir. Bizim Elmi-Tədqiqat Mikrobiologiya, Virusologiya və İmmunologiya İnstitutu bu məsələ barədə açıqlama verməlidir, gerçəklik insanlara ətraflı şəkildə izah olumalıdır, amma onlardan bir nəfər belə, çıxıb danışmır. Biri deyir, yatmaqla immuniteti artırmaq olar. Halbuki immunitet qamma-qlobulindir, yatmaqla da qamma-qlobulin yaranmır, zülalla yaranır”.

Müsahibimiz onu da əlavə edib ki, COVID-19 xüsusi hazırlanıb: “Dəfələrlə deyildi ki, COVID-19 koronavirusun yeni növüdür. Hər bir dövlətin öz bakterioloji silahı var, bu da bakterioloji silah məqsədilə yaradılıb. Bütün virusları bir yerə yığırlar, zəiflər məhv olandan sonra onların genlərini götürürlər. Hər virusun bir beyni olur, amma COVID-19-un 40 beyni var, yəni 40 virusdan gen götürüb. Bunu da hazırlayıb Amerikaya satmaq istəyiblər, amma Amerika qəbul etməyib. Sonra 1.5 milyon dollara Çin alimlərinə satıblar. Çində də təsadüf nəticəsində yayılıb, ola bilsin ki, kimsə bilməyərəkdən dövriyyəyə buraxıb”.

“Viruslar 2-5 dəqiqədən artıq kənarda yaşaya bilməzlər, amma COVID-19 dəmirdə belə, 5 sutka yaşaya bilir. Ona görə də immuniteti aşağı olan adamlar bu virusa tez yoluxur. COVID-19-a qarşı vaksin də yaratmaq çox çətindir, bəlkə də heç yarada bilməyəcəklər. Çünki 40 növ genə qarşı vaksin yaratmaq çox çətindir”, – deyə R.Mahmudov vurğulayıb.Peyk.Az

Peyk.Az