Rəsmi Bakı: “ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdır?”

“Corc Floydun ölümündən sonra hazırda bütün dünya ictimaiyyəti ABŞ-ı bürüyən iğtişaşlar səbəbindən bu ölkədəki vəziyyətə görə narahatdır”. Oxu.Az-ın xəbərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva belə bəyanatla çıxış edib. 2020-ci il iyulun 20-də ABŞ Dövlət Departamenti “ABŞ-ın...

Rəsmi Bakı: “ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdır?”

“Corc Floydun ölümündən sonra hazırda bütün dünya ictimaiyyəti ABŞ-ı bürüyən iğtişaşlar səbəbindən bu ölkədəki vəziyyətə görə narahatdır”.

Oxu.Az-ın xəbərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva belə bəyanatla çıxış edib.

2020-ci il iyulun 20-də ABŞ Dövlət Departamenti “ABŞ-ın COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə demokratiya, yaxşı idarəetmə və insan hüquqlarına dəstəyi” adlı informasiya bülleteni dərc edib və burada Azərbaycana da istinad edilib.

Dövlət Departamenti Azərbaycan hakimiyyətini COVID-19-a qarşı görülən tədbirlərin vətəndaş cəmiyyəti təbliğatını, müxalif səsləri və ya ictimai müzakirələri susdurmaq üçün istifadə edilməməsini təmin etməyə çağırıb.

L.Abdullayeva bununla bağlı daha sonra bildirib:

“Belə bir şəraitdə ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdır? Bunu başa düşə bilmirik”.