Ruhani Avropanı islamofobiyadan imtinaya çağırdı

Fransa və digər Avropa ölkələri müsəlmanların işinə qarışmağı dayandırmalıdırlar. “Peyk.AZ” “Anadolu” agentliyinə istinadən bildirir ki, bunu İran

Ruhani Avropanı islamofobiyadan imtinaya çağırdı

Fransa və digər Avropa ölkələri müsəlmanların işinə qarışmağı dayandırmalıdırlar.“Peyk.AZ” “Anadolu” agentliyinə istinadən bildirir ki, bunu İran Prezidenti Həsən Ruhani Tehranda hökumətin iclasından sonra bəyan edib.

İran Prezidenti Qərb ölkələrində antiislam ritorikasını, o cümlədən Fransada Məhəmməd peyğəmbərin karikaturalarının dərc olunmasını pisləyib.

Onun sözlərinə görə, peyğəmbərə qarşı hörmətsizlik - ümumbəşəri dəyərlərə təhqirin və əxlaqın pozulmasının göstəricisidir.

“Avropa, o cümlədən Fransa çiçəklənmə və sülhə can atdığını, maariflənmiş cəmiyyətlərin formalaşdığını bəyan edir. Əgər belədirsə, onda müsəlmanların işlərinə qarışmağı dayandırmalıdırlar”, - Ruhani deyib.