Ruhani Bakıda ABŞ-a MEYDAN OXUDU: Çalışmalıyıq ki, Amerikanın..

Ruhani Bakıda ABŞ-a MEYDAN OXUDU: Çalışmalıyıq ki, Amerikanın..
https://peyk.az

"Qoşulmama Hərəkatının zirvə görüşünün qonaqlarını salamlayır, cənab İlham Əliyevin səylərini xüsusilə vurğulamaq istəyirəm. Bu möhtəşəm sammitə və nümayiş etdirdiyi qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Cənab Maduroya da öz sədrliyi dövründə nümayiş etdirdiyi səylərə görə minnətdaram".

Publika.az-a istinadən xəbər verir ki, bunu Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının sammitində çıxışı zamanı İran Prezidenti Həsən Ruhani bildirib.

 

O qeyd edib ki, ABŞ hazırda birqütblü dünya yaratmağa çalışır, digər tərəfdə isə Qoşulmama Hərəkatı belə güclərə sinə gərməyə çalışır və çoxtərəfliliyi öz iş prinsipi elan edib:

"Xüsusən də iqtisadi sahədə inkişaf etməkdə olan ölkələrin güclərinin artması, suveren dövlətlərin əməkdaşlığının güclənməsi, müstəqil beynəlxalq təşkilat və qurumların səylərini birləşdirməsi ABŞ-ın hegemonluğuna qarşı dirənişi nümayiş etdirir. Özünün hərbi gücünü artıraraq ABŞ müxtəlif istiqamətlərdə münaqişələrə təhrik edir, bunun ucbatından yüz minlərlə insan həyatını itirir, milyardlarla dollar silahlara xərclənir beləliklə də ekstremizm və terror artır. Təcavüzkarın səylərinin uğursuzluğa düçar olmasına baxmayaraq biz çalışmalıyıq ki, ABŞ-ın hegemonluğunun qarşsını alaq. Elə bir dövrdəyik ki, artıq müstəqil oyunçular aydın şəkildə öz mövqeyini bildirə bilir. ABŞ-ın bu siyasəti on minlərlə ABŞ əsgərinin ölümünə, milyardlarla ABŞ dollarının sərf edilməsinə səbəb olub. Dünyada ABŞ-a olan etimadın kritik şəkildə azalması yeni siyasətçilərin meydana gəlməsinə səbəb olub ki, bu insanlar da ABŞ-ın hegemon və birtərəf siyasətinə qarşı çıxır. Qoşulmama sammiti çox mürəkkəb bir vaxtda keçirilir. Dünyanın müxtəlif ölkələrində problemlər artmaqdadır, milli suverenliklər pozulur, ölkələrin silah yarışı qızışır, müharibə və münaqişələrin artması beynəlxalq hüquq və öhdəlikləri pozur, dünya ölkələrinin siyasətinə müdaxilə edilir. Bu gün ABŞ iqtisadi üsullarla öz siyasi məqsədlərinə nail olmaq istəyir və bu siyasətini yekəxana şəkildə həyhata keçirir. Bu iqtisadi terrora bərabər bir şeydir. Belə bir mürəkkəb şəraitdə Qoşulmama Hərəkatı dünyanın üçdə iksini təşkil edir. Bu təşkilatın bütün üzvləri qarşıdakı problemlərin aradan qaldırılmasında səfərbər olmalı, ekstremizm və terrora qarşı bir cəbhə olaraq çıxış etməlidir. İran BMT-nin 68-ci sessiyası zamanı terrora qarşı bir sıra təkliflərlə çıxış edib. Nəticədə 2013-2015-ci illərdə Baş Assambleya müvafiq qətnamələr qəbul etdi. Müxtəlif müstəqil dövlətlər arasında əməkdaşlıq, ünsiyyət olmalıdır ki, müstəqil maraqlar təmin edilsin. Qoşulmama Hərəkatı öz tarixinə görə də üzv ölkələrin maraqlarının adekvat şəkildə təmin edilməsi üçün şərait yaradıb".

H.Ruhani qeyd edib ki, Qoşulmama Hərəkatı regional münaqişələrin həlli üçün çalışmalıdır:

"Ötən həftə BMT çərçivəsində Hörmüz boğazı ilə bağlı təkliflər irəli sürmüşük ki, bu körfəzdə də sülh təmin edilsin. Burada xaricdən olan müdaxilələlərin qarşısı tamamilə alınmalıdır. Region ölkələrinin iştirakı ilə gəmilərin azad hərəkatı təmin edilməlidir. ABŞ-ın dünya maliyyə sisteminə nəzarəti, dollardan öz siyasi mənafeləri naminə istifadə etməsinin şahidi oluruq, onun müxtəlif qadağa və sanksiyalarının şahidi oluruq. Bəzi bu sammit nümayəndələri də bu sankisyalarla üzləşir və legitim hüquqları pozulur. Biz üzv dövlətlər bu kimi neqativ üsullara qarşı birgə səy göstərə bilərik. Biz alternativ təşəbbüslər irəli sürə bilərik, bank sektoru ilə bağlı, kriptovalyuta da nəzərdən keçirilmədir. Terrorun maliyyələşdirilməsinin, çirkli pulların yuyulmasının qarşısını ala bilərik. Təşkilatımız çoxtərəfli, çoxqütblü dünyada mühüm rol oynaya bilər".

H.Ruhani bildirib ki, xaricdən müdaxilələrin qarşısı tam alınmalıdır:

"ABŞ-ın dünyaya maliyyə üzərində də hökmranlığı onlara dollardan öz siyasi mənafeləri naminə istifadə etməyə imkan verir. Müxtəlif sanksiya və qadağaların tətbiqi müşahidə edilir. Belə olan vəziyyətdə bizim legitim hüquqlarınməz pozulur. Biz neqativ hallara qarşı mübarizədə fəaliyyət göstərə bilərik. Ona görə də hesab edirəm ki, bank sistemi sahəsində birgə fəaliyyət, kripto valyutanın tətbiqi də nəzərdən keçirilə bilər. Təhlükəslizk və müstəqilliyimizə olan təhdidlərdən biri kibertəhlükəslizlik və sosial şəbəkələrin məkrli niyyətlə istifadə edilməsidir. Kibertəhlükəsizlikyin təmin edilməsi 21-ci əsrdə əsas şərtlərdən biridir. Biz kibertəhlükəszlik sahəsində hətta saziş də imzalaya bilərik ki, belə hücumların qarşısı alınsın. Bizim təşkilatımız böyük nüfuza, beynəxlaq təşkilatlarda böyük səs sayına malikdir. Ona görə də beynəxlaq münasibətlərdə mühün rol oynaya bilərik. Yeni reallıqları başa düşməli, onlara qarşı yeni üsullardan istifadə etməliyik. İran əlindən gələni edəcək ki, Qoşulmama Hərəkatının fəaliyytəti uğurlu olsun və o məqsədlərinə nail olsun".