Ruhanidən Ərdoğana təklif: ABŞ-a qarşı birləşək

Bizim kobud davranışlara qarşı susqunluğumuz daha kobud addımların atılmasına gətirib çıxara bilər.

Ruhanidən Ərdoğana təklif: ABŞ-a qarşı birləşək
https://peyk.az

Peyk.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı deyib.

Ruhani bölgədə böyük təhlükə yaradan ABŞ-a qarşı birgə çıxış etməyin vacibliyini qeyd edib.

İran Prezidenti Ərdoğana general Qasım Süleymaninin qətlindən sonra ABŞ-ın növbəti aqressiv hərəkətlərinə yol verməmək üçün bu ölkəyə qarşı birgə çıxış etməyin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Ərdoğan İraq Prezidenti Bərham Salehlə də telefonla danışıb.

Tərəflər bölgədəki son vəziyyəti və ikitərəfli münasibətləri müzakirə edib.