Ruhanidən Ermənistana xəbərdarlıq: “Məsələ diqqətimizdədir”

“İranla Azərbaycan Respublikası arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün zəruri olan infrastrukturun qurulması davam edir”.

Ruhanidən Ermənistana xəbərdarlıq: “Məsələ diqqətimizdədir”
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Güney Azərbaycana səfəri zamanı deyib.

İran prezidenti ölkəsinin Azərbaycanla əlaqələrinin genişlənəcəyinə inandığını və bu istiqamətdə danışıqların davam etdiyini bildirib.

Bundan əlavə, Ruhani Araz çayının çirklənməsi məsələsinə toxunub. Onun sözlərinə görə, İran tərəfi Ermənistan nümayəndələri ilə görüşlərdə bu məsələyə toxunub.

İran prezidenti ölkənin bu sahəyə ciddi diqqət yetirməyə davam edəcəyini vurğulayıb: “Bu məsələdə Ermənistanla razılığımız var”.