Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilir

Bu gün Rumıniyada prezident seçkilərinin ikinci turuna start verilib.

Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilir
https://peyk.az

Peyk.az xəbər verir ki, ölkədə 18748 seçki məntəqəsinğ fəaliyyət göstərir. Eləcə də səsvermə ölkə xaricdəki 835 seçki məntəqəsində keçirilir.

Rumıniyada 18,2 milyondan çox seçici səsvermə hüququna malikdir.

Qeyd edək ki, noyabrın 10-da keçirilən seçkilərin birinci turunda 14 namizəddən heç biri qeydə alınmış seçicilərin səs çoxluğunu (50% + 1 səs) ala bilməyib.