“Rusiya Azərbaycana görə Ermənistanı...” – Belaruslu ekspertdən şok iddia

“Rusiya Azərbaycana görə Ermənistanı...” – Belaruslu ekspertdən şok iddia
https://www.peyk.az

“Belarus Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın ötən həftə Azərbaycana səfəri çərçivəsində Belarus silahlarının bu ölkəyə tədarükü və Azərbaycandan neft alınması imkanları müzakirə olunub”.

Teleqraf.com xəbər verir ki, bunu Belarusdan olan hərbi ekspert Leonid Spatkay deyib.

Ekspert Belarusla yanaşı, Rusiyanın da Azərbaycanla hərbi-texniki və digər sahələrdə əməkdaşlığa üstünlük verdiyini bildirib:

“Belarus və Rusiya Ermənistanı KTMT-dən qovarlar, nəinki Azərbaycanla hərbi-texniki əməkdaşlığı pozacaq addım atarlar. Bu baxımdan, Belarusun Azərbaycana təklif edəcəyi bir çox şey var. Bu yalnız “Polonez” hava hücumundan müdafiə sistemləri ilə bağlı deyil, Belarus Azərbaycana istənilən Pilotsuz Uçan Aparatları (PUA) zərərsizləşdirmək gücündə olan silahları da sata bilər”.