Rusiya elitası koronavirusdan çoxdan peyvənd olunubmuş

Rusiyanın siyasi və təşəbbüskar elitası N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin hazırladığı peyvəndi aprel ayından əldə edə bilib. Bu barədə “Bloomberg” öz mənbələrinə istinadla məlumat verib. Agentliyin müsahibləri vaksinasiya prosesində yüzlərlə insanın iştirakını iddia edib. “Bloomberg”...

Rusiya elitası koronavirusdan çoxdan peyvənd olunubmuş

Rusiyanın siyasi və təşəbbüskar elitası N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin hazırladığı peyvəndi aprel ayından əldə edə bilib.

Bu barədə “Bloomberg” öz mənbələrinə istinadla məlumat verib. Agentliyin müsahibləri vaksinasiya prosesində yüzlərlə insanın iştirakını iddia edib.

“Bloomberg” özü də peyvənd vurduran onlarla insan barədə sübutlar əldə edib, lakin onların adlarını açıqlamayıb.

Agentliyin vaksinasiyada iştirak edən müsahiblərindən biri peyvəndin heç bir yan təsirinin olmadığını bildirib. O, normal həyat yaşaya bilməsi və işgüzar görüşlərdə iştirak etmək üçün belə bir addım atdığını vurğulayıb.

Təcrübənin bəzi iştirakçıları isə agentliyə yüksək temperatur və əzələ ağrısı keçirdiklərini söyləyiblər. 

Digərləri isə təhlükəsizliyi təsdiqlənmədiyi üçün peyvənddən imtina etdiklərini deyiblər.

Xatırladaq ki, Rusiyada Burdenko Xəstəxanasında və Seçenov Universitetində Qamaleya Mərkəzinin peyvəndinin sınaqları başa çatır. Müdafiə Nazirliyi sınaqlarda iştirak edənlərdə koronavirusa qarşı anticismlərin aşkarlandığını bildirib.