Rusiya hərəkətə keçdi - Aralıq dənizində təlimlər

Rusiyanın Qara Dəniz Donanmasına aid gəmiləri Aralıq dənizində Əlcəzair donanması ilə birgə təlimlər keçiblər.

Rusiya hərəkətə keçdi - Aralıq dənizində təlimlər
https://peyk.az

Peyk.az xarici mediaya istinadla xəbər verir ki, dəniz təhlükəsizliyinin təmin olunması təliminə Rusiya donanmasından Admiral Makarov frigatı, Vasiliy Bıkov xilasetmə gəmisi və SB-739 patrul gəmiləri qatılıb.

Təlimdən sonra gəmilər Əlcəzair limanında lövbər salıblar. Limanda qaldıqları müddətdə ölkənin tarixi yerlərini ziyarət etməyi planlaşdıran rus dənizçilər əlcəzairli əsgərləri öz gəmilərində qonaq edəcəklər.