Home Redaktor Seçimi Rusiya ilə Ukrayna arasında müharibə başlaya bilər

Rusiya ilə Ukrayna arasında müharibə başlaya bilər

220
0

Rusiya ilə Ukrayna arasında müharibə başlaya bilər.

Peyk.az xarici mediaya istinadən xəbər verir ki, Ukraynaya məxsus döyüş gəmisi Rusiya dəniz donanmasına məxsus gəmi tərəfindən atəşə məruz qalıb.

Ölkə rəsmiləri açıqlamasında bildiriblər ki, atəş nəticəsində ekipaj üzvlərindən biri yaralanıb.

Rusiyanın Kırımı ilhak etməsindən bəri gərginlik yaşayan Moskva və Kiyev rəhbərliyi bu günlərdə rəsmən müharibənin astanasına gəliblər.

Qeyd edək ki, Azov dənizi və Kerç Boğazı 2003-cü ildə imzalanmış müqaviləyə əsasən Ukrayna və Rusiyanın ortaq ərazisi təyin edilib. Lakin buna baxmayaraq , Moskvanın Kırımı ilhak etməsi ilə boğazın və daxili dənizin giriş və çıxış nəzarəti tamamilə Kremlin əlinə keçmiş vəziyyətdədir.

Səddam Məmmədov

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here