Rusiya Prezidenti ilə Səudiyyə Ərəbistanın Müdafiə naziri arasında telefon danışığı olub

Rusiya Prezidenti ilə Səudiyyə Ərəbistanın Müdafiə naziri arasında telefon danışığı olub
https://peyk.az

Rusiya Prezidenti Vladimir Putin ilə Səudiyyə Ərəbistanının Müdafiə naziri, şahzadə Məhəmməd bin Salman Al Saud arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, tərəflər sentyabrın 14-də “Saudi Aramco” neft-qaz şirkətinin müəssislərinə hücumla bağlı məsələləri müzakirə ediblər.

OPEK+ çərçivəsində sövdələşmələr, karbohidrogen bazarında vəziyyət və V.Putinin Səudiyyə Ərəbistanına gözlənilən səfəri ilə bağlı məsələlər də müzakirə mövzusu olub.