Rusiya Türkiyəyə satdığı silahdan bunu çıxarır - Şok

Rusiya Türkiyəyə satdığı silahdan bunu çıxarır - Şok
https://www.peyk.az

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir qədər əvvəl Rusiya istehsalı olan Su-35 və Su-57 qırıcıları ilə maraqlanması və bu barədə Prezident Vladimir Putinlə müzakirə aparması son vaxtlar bu məsələni tez-tez gündəmə gətirir. Xüsusən, bəzi media orqanlarında Türkiyənin Rusiyadan aldığı silahları onun özünə qarşı istifadə etməsi ehtimalı haqda fikirlər yazılır.

Axar.az xəbər verir ki, rus hərbi ekspert, polkovnik Yuri Knutov mövzu ilə bağlı şərhində çox maraqlı bir detala toxunub.

O bildirib ki, ruslar Su-57 qırıcılarının Türkiyəyə satılmasına görə narahat olmamalıdırlar:

“Ümumiyyətlə, başqa ölkələr Rusiyadan aldıqları silahları onun özünə qarşı istifadə edə bilməzlər. Məsələn, əgər Türkiyə Su-57-dən Rusiyaya qarşı istifadə etmək istəsə, sistem dayanacaq və bu cəhd uğursuz olacaq”.

Polkovnik vurğulayıb ki, xarici ölkələrə satılan hərbi texnikanın üzərində “E” (Eksport) yazılır:

“Yəni bu silahlar ixracat üçün nəzərdə tutulmuş versiyadır. İxracat versiyası rus ordusunda istifadə ediləndən fərqlənir. Belə deyək, xaricə satılan silahlarda müəyyən dəyişikliklər edilir: Rusiyanın müdafiəsinə təhdid olan detallar ya çıxarılır, ya da dəyişdirilir”.