Rusiya və Çin arasında İran müzakirəsi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çinin xarici işlər naziri Van İ Yaponiyanın Naqoyo şəhərində keçirilən G20 ölkələrinin nazirlər toplantısı çərçivəsində İran ətrafındakı vəziyyəti müzakirə ediblər.

Rusiya və Çin arasında İran müzakirəsi
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsinin saytında məlumat verilib.

“İran ətrafındakı vəziyyət, əfqan tənzimlənməsinin gedişi və Koreya yarımadasında vəziyyət də daxil olmaqla aktual regional problemlərə toxunuldu”, – deyə məlumatda bildirilir.

Nazirlər müzakirə olunan məsələlər üzrə mövqelərin yaxınlığını da vurğulayıb və xarici siyasətdə qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi üçün müntəzəm əlaqələrin davam etdirilməsi vacibliyini təsdiq ediblər.