Rusiya XİN Paşinyanın Putinə kömək üçün müraciətinə mənfi cavab verdi

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın Prezident Vladimir Putinə müraciəti ilə bağlı bəyanat yayıb. Peyk.az verir […]

Rusiya XİN Paşinyanın Putinə kömək üçün müraciətinə mənfi cavab verdi

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın Prezident Vladimir Putinə müraciəti ilə bağlı bəyanat yayıb.

Peyk.az verir ki, bəyanatda deyilir: “Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə Rusiyanın Ermənistana təhlükəsizliyinin təmin olunması üçün təqdim edəcəyi köməyin növü və həcminin müəyyən edilməsi məqsədilə məşvərətlərə başlamaq müraciəti ilə əlaqədar bildiririk ki, Rusiya Ermənistana münasibətdə müttəfiqlik öhdəliklərinə sadiqdir. 1997-ci ilin avqustunda ölkələr arasında imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım Sazişinin bəzi bəndləri ölkələrin ərazilərinə silahlı hücum və ya təcavüz aktı təhdidi yarandıqda konkret addımları nəzərdə tutur.

Sazişə əsasən, Rusiya Yerevana döyüş əməliyyatlarının bilavasitə Ermənistan ərazisinə keçiriləcəyi təqdirdə zəruri köməyi göstərəcək.

Biz bir daha Dağlıq Qarabağ münaqişəsinin tərəflərini atəşi dərhal dayandırmağa, gərginliyi azaltmağa, bu il oktyabrın 10-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin əldə etdiyi razılaşmalar müsətvisində baza prinsiplərinə əsaslanan dinc tənzimləməyə nail olmaq üçün substantiv danışıqlara qayıtmağa çağırırıq”./Trend/

www.Peyk.az