Rusiyada evdə yanğın olub, 3 nəfər ölüb

Rusiyada evdə yanğın olub, 3 nəfər ölüb
https://peyk.az

Rusiyada evdə yanğın olub, 3 nəfər ölüb.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Udmurtiyanın Zavyalovsk rayonunda baş verib.

Birmərtəbəli bağ evi və qarajda yanğın olub. Yanğının söndürülməsi zamanı kişi, qadın və uşağın cəsədi aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.