Rusiyada ikinci koronavirus vaksininin istehsalı başladı

Rusiyada koronavirusa qarşı ikinci vaksinin istehsalı başlayıb. Bunu Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi Federal Nəzarət Xidmətinin rəhbəri Anna Popova deyib. O […]

Rusiyada ikinci koronavirus vaksininin istehsalı başladı

Rusiyada koronavirusa qarşı ikinci vaksinin istehsalı başlayıb.

Bunu Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi Federal Nəzarət Xidmətinin rəhbəri Anna Popova deyib.

O bildirib ki, “Vektor” mərkəzinin hazırladığı “EpiVakKorona” preparatının ilin sonunadək müəyyən həcmdə istehsalı gözlənilir.

Qeyd edək ki, “EpiVakKorona” preparatının sınaqları sentyabrın 30-da başa çatıb. Vaksin oktyabrın 14-də qeydiyyata alınıb.

Avqust ayında Rusiyada “Sputnik V” vaksini qeydiyyata alınmışdı.

www.Peyk.az