Rusiyada koronavirusa qarşı dərman hazırlanıb

Rusiya Birbaşa İnvestisiyalar Fondunun və

Rusiyada koronavirusa qarşı dərman hazırlanıb

Rusiya Birbaşa İnvestisiyalar Fondunun və "XimPar" şirkətinin COVID-19-a qarşı ilk istehsalı olan "Avifavir" preparatı Səhiyyə Nazirliyi tərəfindən bəyənilib.

"Preparatın ticarət markası "Avifavir" adlanır. Yeni preparatın Beynəlxalq qaydalar üzrə kimyəvi və ya patentləşdirilmiş, yaxud qruplaşdırılmış adı isə "Favipiravir" kimi qeydiyyatdan keçib", - dərman vasitələrinin dövlət reyestrində bildirilir.

Yeni dərman koronavirusun çoxalmasına mane olur.

Saglamolun.az AZƏRTAC-a istinadən bildirir ki, bundan əvvəl Rusiya Səhiyyə Nazirliyi COVID-19-a qarşı "Favipiravir" preparatının RF-də satışa çıxarılma müddətinin qısaldılacağını söyləmişdi. Hazırda dərman vasitəsi klinik sınaqdan keçirilir.Peyk.Az

Peyk.Az