Rusiyada qəza törədən məşhur aktyor 7 ilədək həbs edilə bilər - FOTO- VİDEO

Rusiyada məşhur aktyor 7 ilədək həbs edilə bilər

Rusiyada qəza törədən məşhur aktyor 7 ilədək həbs edilə bilər - FOTO- VİDEO

Moskva şəhərinin Smolenskaya meydanında ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” “TASS”a istinadən xəbər verir ki, “Jeep Grand Cherokee” markalı avtomobil qarşı yola çıxaraq “Lada” markalı nəqliyyat vasitəsi ilə toqquşub. ;

Qəza nəticəsində xəsarət alan “Lada”nın sürücüsü xəstəxanaya aparılıb, vəziyyəti ağırdır.

Qəzadan sonra “Jeep Grand Cherokee” markalı avtomobilin sürücüsü, içkili vəziyyətə olan məşhur aktyor Mixail Yefremov polis əməkdaşları tərəfindən saxlanılıb.

Aktyora qarşı cinayət işi açılıb və o yeddi ilədək həbs edilə bilər. ;