Rusiyada şok təklif: Allahın adı konstitusiyaya salınsın

Rusiyada yeni konstitusiya layihəsi ilə bağlı müzakirələr davam edir.

Rusiyada şok təklif: Allahın adı konstitusiyaya salınsın
https://peyk.az

Peyk.az xəbər verir ki, Rus Pravoslav Kilsəsinin Patriarxı Kirill maraqlı təklif rəli sürüb.

O, yeni Rusiya Konstitusiyasına Allahın adının salınmasını zəruri hesab etdiyini deyib: “Rusiyada əhalinin böyük qismi Allaha inanır. Əgər Allahın adı dövlət himnimizdə xatırlanırsa, niyə konstitusiyamızda da olmasın?"

Kirill bütün dinlərin və məzhəblərin tərəfdarlarını bu fikri dəstəkləməyə çağırıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin tərəfindən təqdim edilən yeni konstitusiya layihəsi Dumadakı ilk iclasda qəbul edilib.