Rusiyada təyyarənin mühərriki yandı: 200-dən çox sərnişin təhlükədə

Rusiyanın Novosibirsk şəhərinin “Tolmaçovo” hava limanında uçuşdan qabaq təyyarənin mühərriki yanıb.

Rusiyada təyyarənin mühərriki yandı: 200-dən çox sərnişin təhlükədə
https://peyk.az

Peyk.az xəbər verir ki, S7 aviaşirkətinə məxsus və Vyetnama uçmalı olan təyyarədə 200-dən çox sərnişin olub.

Hadisədən sonra sərnişinlər və heyət üzvləri təxliyə olunub. Yanğının qarşısı qısa müddət ərzində alınıb.

Sərnişinlər hotellərə yerləşdirilib. Onların yeni təyyarə ilə təmin olunacağı deyilir.