Rusiyada təyyarənin qəza enişi zamanı 23 nəfər xəsarət alıb

Rusiyada təyyarənin qəza enişi zamanı 23 nəfər xəsarət alıb
https://www.peyk.az

Rusiyanın Barnaul şəhərində təyyarənin qəza enişi etməsi zamanı 23 sərnişin xəsarət alıb.

Metbuat.az "TASS" agentliyinə istinadən xəbər verir ki, “Azur Air” aviaşirkətinə məxsus “Boing 767-300” təyyarəsinin şassiləri eniş zamanı alovlanıb. Vyetnamdan gələn təyyarənin göyərtəsinə 331 sərnişin olub. Hadisə nəticəsində 23 nəfər xəsarət alıb. Onlardan 5-i xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır. / APA