Rusiyalı müğənni koronavirusa yoluxub

Rusiyalı pop ifaçı Vlad Sokolovski koronavirusa yoluxub. Oxu.Az xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında məlumat verib. Ötən həftə sənətçi özünü pis hiss edib. Güclü öskürən və hərarətinin qalxdığını görən müğənni dərhal həkimə müraciət edib. Təcili tibbi yardımın həkimləri...

Rusiyalı müğənni koronavirusa yoluxub

Rusiyalı pop ifaçı Vlad Sokolovski koronavirusa yoluxub.

Oxu.Az xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında məlumat verib.

Ötən həftə sənətçi özünü pis hiss edib. Güclü öskürən və hərarətinin qalxdığını görən müğənni dərhal həkimə müraciət edib. Təcili tibbi yardımın həkimləri Sokolovskidən test nümunələri götürüblər. Testin nəticələri müsbət çıxıb.

Vlad ünsiyyətdə olduğu insanları artıq xəstəliklə bağlı xəbərdar etdiyini bildirib:

“Bu həftə gözdən itdim. Səbəb isə budur ki, xəstələnmişəm. Üç gün davam edən və 39.2-yə çatan hərarətim, bəlğəmli öskürəyim var idi. Çərşənbə günü zəng etdim və test götürən həkimləri evə çağırdım. Lakin onlar cümə axşamı evə gəldilər. Testi həkimlər mənimlə təmas etmədən verdilər. Mən də boğazımdan və ağız boşluğumdan nümunələr götürdüm”.

Qeyd edək ki, 28 yaşlı Vlad Sokolovski iki il öncə həyat yoldaşı Marqarita Gerasimoviçlə (red: müğənni Rita Dakota) qalmaqallı şəkildə boşanıb. Cütlüyün üç yaşlı Mia adlı qız övladı var.

Rəşad Əliyev