Rusiyanın tanınmış aktyoru 11-ci mərtəbədən yıxılaraq ölüb

"Ölkə.Az" azvision.az-a istinadən xəbər verir ki, hadisə yerinə gələn həkimlər 40 yaşlı sənətçinin öldüyünü müəyyən ediblər.

Rusiyanın tanınmış aktyoru 11-ci mərtəbədən yıxılaraq ölüb

Bildirilib ki, aktyorun ölümünə səbəb yaşayış binasının 11-ci mərtəbəsindən yıxılması nəticəsində aldığı ağır xəsarətlər olub.

Polis hadisə ilə bağlı araşdırma aparır. Sənətçinin yaxınları onun şəxsi həyatında xoşbəxt olduğunu deyiblər. Buna baxmayaraq, intihar versiyası da araşdırılır.

Aktyorun dostlarının dediyinə görə, bu, bədbəxt hadisə ola bilər.

Qeyd edək ki, Maksim Parfenov iyulun 2-də dəfn olunacaq. O, İqor Moiseyevin Xalq Rəqs Ansamblında çıxış edib, xoreoqraf işləyib, film və seriallarda çəkilib. "İntuisiya" serialı ilə məşhurlaşıb.