Rusiyaya dəhşətli zəlzələ baş verdi

Bu gün Rusiyaya məxsus Kuril adaları sahillərində baş verən 6,9 bal gücündəki zəlzələ yer qabığında dəhşətli fəsad törədib.

Rusiyaya dəhşətli zəlzələ baş verdi
https://peyk.az

Peyk.az xarici KİV-lərə istinadən xəbər verir ki, güclü zəlzələ nəticəsində Sakit okeanı altında yerləşən yer qabığı qırılıb. Məlumata görə, yeraltı təkanların episentri yaşayış məntəqəsindən 106 kilometr məsafədə yerləşib. Bu üzdən dağıntı və tələfat qeydə alınmayıb. Bununla belə okeanda kiçik sunami baş verib.

Seysmoloqlar bölgədə növbəti güclü zəlzələnin baş verə biləcəyini istisna etmir. Qeyd edək ki, yeraltı təkanın baş verdiyi bölgə Sakit okeanı “Odlu qövsü”ndə yerləşir.