Rusiyaya pis xəbər: Türkiyə bu ölkə ilə hərbi saziş imzaladı

Ukrayna və Türkiyə hərbi yardım və AN-178 təyyarələrinin tədarükü barədə saziş imzalayıb.

Rusiyaya pis xəbər: Türkiyə bu ölkə ilə hərbi saziş imzaladı
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Kiyevdə Prezident Vladimir Zelenski Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə brifinq zamanı bildirib.

Bundan əlavə, tərəflər Qara dəniz bölgəsində təhlükəsizliyin gücləndirilməsi məsələsini müzakirə ediblər.

“Bu gün, həmçinin hərbi-maliyyə əməkdaşlığı haqqında əhəmiyyətli bir saziş imzalandı. Buna görə Ukrayna ordusu türk tərəfdaşlarından maddi yardım alacaq. Bununla yanaşı, aviasiya sənayesində, xüsusən də AN-178 təyyarələrinin istehsalı və təchizatı ilə bağlı əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə edilib”, - deyə V.Zelenski bildirib.