Home İdman Səbirsizliklə fasiləni gözləyirdim ki… – Samir Abbasov

Səbirsizliklə fasiləni gözləyirdim ki… – Samir Abbasov

232
0

“Zirə”nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransı keçirib.

Peyk.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

“İlk hissədə rəqibdən gözləmədiyimiz oyunla üzləşdik. Ancaq bu, bizə bəraət qazandırmır. Futbolçularımız bir az təşvişə düşdülər, oyunumuzdan qopduq. Ancaq ikinci hissədə qol vurmağı bacardıq. Futbolçularıma dedim ki, ilk hissəni yaddan çıxarın. Bizə dərs olsun, bunun da yükünü daşımağı bacarmalıyıq. İlk hissə mənim üçün şok idi. Çünki bütün komanda olaraq oyundan qopmaq, bir az anarxiya vardı. Özüm də tərəddüd içərisində idim ki, kimə nə deyim. Səbirsizliklə fasiləni gözləyirdim ki, uşaqları ayıldaq. İkinci hissədə bəzi nəzarəti ələ ala bildik. Bu fasilələrlə bizə uğur gətirdi. Fasiləyədək meydanda 6 yarımmüdafiəçi vardı. Ancaq ikinci hissədə fikirləşdim ki, nəsə dəyişər. Kamal Mirzəyev təmiz oyundan çıxmışdı. Məcbur olduq əvəzləməyə əl atdıq”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here