Səhər saatlarında Bakı metrosunda HƏYƏCAN - Qapılar bağlanmadı

Məlumata görə "Həzi Aslanov"-"İçəri şəhər" xətti üzrə hərəkət edən qatarda yaranan problem səbəbindən intervalda gecikmələr olub.

Səhər saatlarında Bakı metrosunda HƏYƏCAN - Qapılar bağlanmadı
https://peyk.az

Bakıda metroda problem yaranıb.

Peyk.az publika.az-a istinadən xəbər verir ki, bu barədə sərnişinlər siosial şəbəkədə məlumat verib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a bildirib ki, hadisə "Həzi Aslanov"-"İçəri şəhər" xətti üzrə hərəkət edən qatarda baş verib: "Vaqonun qapısında qəfil problem yaranıb. Maşinişt problemi aradan qaldırıb və hərəkət davam edib. Nəticədə qatarların ümumi intervalında 5 dəqiqə gecikmə yaranıb".