Səhiyyə Nazirliyindən Rafael Dadaşovun səhhəti ilə bağlı açıqlama – Yeniləndi

Peyk.az bildirir ki, Səhiyyə Nazirliyi xalq artisti Rafael Dadaşovun səhhəti ilə bağlı teleqraf.com-un sorğusunu cavablandırıb.

Səhiyyə Nazirliyindən Rafael Dadaşovun səhhəti ilə bağlı açıqlama – Yeniləndi
https://peyk.az

 

Nazirlikdən bildirilib ki, xalq artisti dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasın yerləşdirilib.

Rafael Dadaşov ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə xəstəxanaya aparılıb.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir. Həkimlər vəziyyətinin ağır-stabil olduğunu bildirir.

“Rəfael müəllim dünəndən reanimasiyaya yerləşdirilib. Hazırda vəziyyəti yaxşı deyil. Həkimlərin dediyinə görə, ürəyində oksigen çatışmazlığı və ağ ciyərində problem var. Hazırda hamımız pis vəziyyətdəyik”.

Qeyd edək ki, Rəfael Dadaşovun 73 yaşı var.