Şəmkirdə ağır qəza: ölən var

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəmkirdə ağır qəza: ölən var
https://peyk.az

Peyk.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Şəmkir rayonunun Dəllər qəsəbəsi ərazisində E.Cəfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobili qarşıda gedən “Niva” markalı avtomobilə vurub. İdarəetməni itirən nəqliyyat vasitəsi rayon sakini Əli Verdiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə çırpılıb. Nəticədə “VAZ-2106” markalı avtomobilin sürücüsü və sərnişini, habelə E.Cəfərovun avtomobilində olan sərnişin xəstəxanaya yerləşdirilib. Ə.Verdiyevin həyatını xilas etmək mümkün olmayıb.

Yasamal rayonunun Moskva prospektində yolu keçən 30-35 yaşlı kişini Bakı şəhər sakini E.Gözəlov idarə etdiyi “Mercedes” markalı avtomobillə vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Tovuz rayonunun Əlimərdanlı kəndi ərazisində kənd sakini R.Muradovun idarə etdiyi “Mercedes” markalı avtomobil yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə avtomobildəki sərnişin Əhliman Alıyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.