"Sən təcavüzkarsan" - Həbibdən Makqreqora cavab

"Sən təcavüzkarsan" - Həbibdən Makqreqora cavab

Məşhur MMA döyüşçüləri Həbib Nurmagomedov və Konor MakQreqor arasındakı qarşılaşmadan sonra baş verən mübahisə davam edir. MMA döyüş tarixinin ən önəmli matçlarından biri sayılan Həbib və Makqreqor görüşü hələ də mətbuatın gündəmindədir. Həbibin qalib olduğu döyüşün üzərindən uzun müddət keçsə də iki idmançı arasındakı gərginlik davam edir.

Peyk.az unikal.org-a istinadən xəbər verir ki, irlandiyalı döyüşçü Dağıstanlı Həbibi işarə edərək "Tvitter"də "Moskvada görüşərik" deyərək söyüş əlavə edib.

Həbib isə ona cavab olaraq "Təcavüzkarların Moskvada işi yoxdur. Sən təcavüzkarsan. Ədalət yerini tapacaq!" deyə yazıb.

MakQreqor Həbibi revanş matçına çağırsa da müsbət çavab ala bilməyib.