Sərksyanın qardaşı oğlu Ermənistana ekstradisiya olunacaq

Çexiya Ermənistanın sabiq prezidenti Serj Sərksyanın qardaşı oğlu Narek Sərksyanı Ermənistana ekstradisiya edəcəklər.

Sərksyanın qardaşı oğlu Ermənistana ekstradisiya olunacaq
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorunun müşaviri Qor Abramyan “Facebook” hesabında yazıb.

O qeyd edib ki, Çexiyanın hüquq-mühafizə orqanları Ermənistan Baş Prokurorluğunun axtarışda olan Narek Sərksyanın ölkəsinə təhvil verilməsi barədə tələbini təmin etmək qərarına gəlib.

“Bununla əlaqədar Ermənistanın Baş Prokurorluğu polisə Narek Sərksyanın ekstradisiyasını təşkil etməyi tapşırıb”, - deyə Abramyan bildirib.

Xatırladaq ki, Narek Sərksyan qanunsuz olaraq silah və narkotik saxlama maddəsi ilə axtarışa verilib.