Səudiyyə Ərəbistanı Yaxın Şərqdə gərginliyin artmasından narahatdır

Səudiyyə Ərəbistanı Yaxın Şərqdə gərginliyin artmasından narahatdır.

Səudiyyə Ərəbistanı Yaxın Şərqdə gərginliyin artmasından narahatdır
https://peyk.az

Peyk.az Al Arabiya telekanalının saytına istinadla xəbər verir ki, bunu Ər-Riyadda keçirilən Qırmızı dəniz və Ədən körfəzi ölkələri Xarici İşlər nazirlərinin iclasındakı çıxışında Səudiyyə Ərəbistanın Xarici İşlər naziri, şahzadə Feysal ben Fərhan Əl Səud bildirib.

Səudiyyə Ərəbistanının naziri beynəlxalq ictimaiyyəti vəziyyətin ciddiliyini daha yaxşı qiymətləndirməyə və qlobal təhlükəsizlik baxımından riski anlamağa çağırıb. İraqda iranlı generalın öldürülməsindən sonra Yaxın Şərq regionunda yaranmış gərginliyi şərh edən Səudiyyə Ərəbistanı rəsmisi deyib: “Biz regionda vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasında çox maraqlıyıq. Şübhəsiz ki, indi çox təhlükəli məqamdır və bu səbəbdən biz təkcə region üçün deyil, həm də qlobal miqyasda təhlükəsizlik baxımından yaranmış riskləri və təhlükələri yaxşı başa düşməliyik. Ümidvaram ki, regional və qlobal aktorlar gərginliyin artmaması və hər hansı təxribatların qarşısının alınması istiqamətində bütün zəruri addımları atacaqlar”.