Səudiyyədən skandal Türkiyə açıqlaması

Səudiyyə Ərəbistanı ilk dəfə Türkiyənin Liviyanın Milli Razılıq Hökuməti ilə hərbi sahədə əməkdaşlıq haqqında memorandumuna münasibətini açıqlayıb.

Səudiyyədən skandal Türkiyə açıqlaması
https://peyk.az

Peyk.az xəbər verir ki, Ər-Riyad Türkiyənin bu həmləsinin Liviyanın təhlükəsizlik və sabitliyi üçün təhdid olduğunu iddia edib.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi qərarın beynəlxalq prinsip və razılaşmaları açıq şəkildə pozduğunu bəyan edib: "Bu anlaşma bir ərəb ölkəsinin daxili işlərinə qarışmaq mənasını ifadə edir və bu vəziyyət ərəb və regional təhlükəsizliyə təhdiddir".

Xatırladaq ki, Liviya ilə Türkiyə arasında 27 noyabr 2019-cu ildə İstanbulda "Şərqi Aralıq dənizinin nəzarət sahələrinin razılaşdırılması", eləcə də "Təhlükəsizlik və hərbi əməkdaşlıq" memorandumu imzalanıb.

Dekabrın 21-də isə Türkiyənin Böyük Millət Məclisi Liviyanın Milli Razılıq Hökuməti ilə hərbi sahədə əməkdaşlıq haqqında memorandumu təsdiqləyib.