Home Xarici “Saakaşvili Gürcüstana qayıdan kimi…” – Məhkəmədən şok qərar

“Saakaşvili Gürcüstana qayıdan kimi…” – Məhkəmədən şok qərar

266
0

Gürcüstan Apellyasiya Məhkəməsi keçmiş prezident Mixail Saakaşvili barədə çıxarılmış hökmü qüvvədə saxlayıb. 

Peyk.az Teleqraf.com-a istinadən xəbər verir ki, Valeri Gelaşviliyə hücum etməkdə ittiham olunan Saakaşvilinin 6 il azadlıqdan məhrumetmə cəzasının dəyişdirilməsi barədə verdiyi vəsatət təmin olunmayıb.

Bu barədə məhkəmə prosesində iştirak edən vəkil Arçil Txeşelaşvili deyib.

Vəkil məhkəmənin Mixail Saakaşvilinin deputata hücumunu intiqam almaq cəhdi kimi qiymətləndirdiyini bildirib:

“Məhkəmə müraciətimizi təmin etmədi və Saakaşvilinin 6 il azadlıqdan məhrum etmək qərarını verdi”.

Qeyd edək ki, hazırda Polşada olan Mixail Saakaşvili Gürcüstana qayıdacağı halda həbs ediləcək. O, deputat Valeri Gelaşvilini öldürməyə cəhd etməkdə ittiham olunur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here