Sabah Bakıda və Lənkəran-Astara zonasında yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında bludlu hava şəraiti üstünlük təşkil edəcək.

Sabah Bakıda və Lənkəran-Astara zonasında yağış yağacaq
https://peyk.az

Peyk.az apaya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.

Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 8-10° isti, gündüz  11-14° isti, Bakıda gecə 8-10° isti, gündüz  11-13°  isti təşkil edəcək. 

Atmosfer  təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək.  Nisbi rütubət 80-90 % olacaq.  

Noyabrın 4-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb  küləyi əsəcək.  Havanın temperaturu gecə 4-9° isti, gündüz  14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz  5-10° isti təşkil edəcək.