Home Gündəm Sabah hava belə olacaq – Proqnoz açıqlandı

Sabah hava belə olacaq – Proqnoz açıqlandı

102
0

Azərbaycanda dekabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb.

PEYK.AZ metbuat.aza istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 9-12° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Temperaturun gecə 0-5° isti, dağlıq ərazilərdə 3-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: XankəndiŞuşaXocalıXocavəndQubadlı, ZəngilanLaçınKəlbəcər, həmçinin Daşkəsən Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacağı ehtimalı var.

QazaxGəncəGoranboyTərtərAğdamFüzuliCəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 2-7° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

BalakənZaqatala, Şəki, OğuzQəbələİsmayıllı, AğsuŞamaxıSiyəzənŞabranXızı, Quba, XaçmazQusar rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı ehtimal edilir.

Mərkəzi-Aran: MingəçevirYevlaxGöyçayAğdaşKürdəmir, İmişli, AğcabədiBeyləqanSabirabadBiləsuvar, SaatlıŞirvanHacıqabulSalyanNeftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8° isti, gündüz 9-14° isti təşkil edəcəyi gözlənilir.

MasallıYardımlıLerikLənkəranAstara rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti, dağlarda gecə 1-5° isti, gündüz 7-10° isti olacağı ehtimal edilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here