Sabahdan milli parklar açılır - FOTO

“Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən aparılan yumşaldılma tədbirləri çərçivəsində sabahdan milli parkların qapıları ziyarətçilər üçün açılır”. Bunu Oxu.Az-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib. “Milli parklar əvvəlki rejimdə, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərəcək. Turistlər...

Sabahdan milli parklar açılır - FOTO

“Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən aparılan yumşaldılma tədbirləri çərçivəsində sabahdan milli parkların qapıları ziyarətçilər üçün açılır”.

Bunu Oxu.Az-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

“Milli parklar əvvəlki rejimdə, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərəcək. Turistlər karantin rejiminin tələblərinə əməl etməklə milli parkları ziyarət edə və qapalı məkanlar istisna olmaqla, açıq havada təbiətimizin gözəlliklərini seyr edə bilərlər.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir”, - o bildirib.