Sabahdan Soni Mustivar açıqlaması

Soni Mustivarla bağlı xəbərlər həqiqəti əks etdirmir: "Sözügedən futbolçu ilə heç bir danışıq aparmamışıq"

Sabahdan Soni Mustivar açıqlaması

"Sabah" klubu mövsümün sonunda "Neftçi"dən ayrılacağı gözlənilən Soni Mustivarın mümkün transferi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Masazır təmsilçisinin ;Mətbuat xidmətinin rəhbəri Elnur Həmidov ;"Report"a açıqlamasında haitili yarımmüdafiəçi ilə maraqlanmadıqlarını sözləyib.

Onun sözlərinə görə, Mustivarla bağlı ;xəbərlər həqiqəti əks etdirmir: "Sözügedən futbolçu ilə heç bir danışıq aparmamışıq".

Qeyd edək ki, Soni Mustivar 2018/2019 mövsümünün əvvəlində "Neftçi"yə keçib. Onun "ağ-qaralar"la müqaviləsi 2020-ci il iyunun 30-da başa çatacaq.